2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Düdelanj"ın futbolçusu: “Qarabağ” APOEL qədər güclü deyil"

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Düdelanj" ciddi itki ilə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, komandanın yarımmüdafiəçisi Mişel Qaros ölkə çempionatının son turunda zədələnib.

Həkim müayinəsindən sonra dizindəki problemə görə futbolçunun 6-8 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə onun üçün Avroliqanın başa çatması deməkdir.

31 yaşlı futbolçu "Qarabağ"la Lüksemburqda keçirilən oyunda qırmızı vərəqə aldığından onun növbəti turda "Sevilya" ilə matçı buraxacağı dəqiq idi.

Fransalı futbolçu Lüksemburq mətbuatına açıqlamasında "Qarabağ"la görüşdə qırmızı vərəqə aldığı epizod haqda danışıb. Hakimin düzgün qərar vermədiyini bildirən futbolçu eyni zamanda APOEL-lə "Qarabağ"ı müqayisə edib: “Qırmızı vərəqə aldığım epizodda hakim düzgün qərar vermədi. Mənim ayağım rəqibə toxunmamışdı. Videodan da aydın görünür. Sadəcə, rəqib yaxşı qışqırdı, yaxşı yıxıldı. Hakimin şotlandiyalı olmasına belə şübhəm yarandı. “Qarabağ” APOEL qədər güclü deyil. Amma biz bu qarşılaşmanı əldən verdik”.

Xatırladaq ki, "Qarabağ" Lüksemburqda "Düdelanj"ı 4:1 hesabı ilə məğlub edib. "Düdelanj" isə Kiprdə APOEL üzərində 4:3 hesablı qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31