2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Kəpəz" meydana “Qarabağ Azərbaycandır!” plakatı ilə çıxdı

I Divizionun VII turunda keçirilən “Kəpəz” - “Qarabağ-2” matçı 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyi üçün Gəncə təmsilçisi görüş öncəsi xüsusi təşkilatçılıqla yadda qalıb.

Futbolxeber.az saytının klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqinə dəstək nümayiş etdirən "Kəpəz"in oyunçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıb.

Meydanda həmçinin böyük ölçülü üç rəngli bayraq açılıb. Bundan əlavə, stadionda Azərbaycanın Respublikasının Dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.

Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə bitib.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31