9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Sənan Qurbanov: "Dinamo" favorit kimi göstərilir"

“Qəbələ” yeni mövsümün hazırlıqlarını davam etdirir. 
 
Futbolxeber.az-ın məlumatına görə, dörd gündür Qəbələ şəhər stadionunda məşq edən “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov klubun saytına açıqlamasında komandanın hazırlıqlarını dəyərləndirib: 
 
“Hazırlıq prosesinin gedişindən razıyam. Hər şey yaxşı gedir. Yeni mövsümə plan üzrə hazırlaşırıq. Heyətimizdə gənc futbolçularımız var. Yeni transferlərin bizə qoşulmasını gözləyirik. Futbolçular həm toplu çalışmaları icra edirlər, həm də fiziki hazırlıq üzərində çalışırlar. Bir gün 1, ertəsi 2 məşq ardıcıllığı ilə hazırlıqları davam etdiririk. Bu proqrama əsasən güc, sürət, ümumiyyətlə hər şey üzərində çalışırıq. İyulun 23-də ikitərəfli oyunumuz olacaq. Ayın 29-da “Zirə”ylə qarşılaşacağıq. Bu matçlara qədər planlaşdırdığımız müəyyən səviyyəyə çatacağıq. Ümumiyyətlə mərhələ-mərhələ inkişaf etmək fikrindəyik”.
 
Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatmasına da toxunub. 39 yaşlı mütəxəssis ilkin mərhələnin “La Fiorita” (San-Marino) - “Enqordani” (Andorra) cütünün qalibi ilə Gürcüstan “Dinamo”su arasında I təsnifat mərhələsinin matçlarından sonra rəqibin müəyyənləşməsini gözləyir: “Tbilisi “Dinamo”su favorit kimi göstərilir. Gürcüstan klubu köklü komandadır. Bu rəqiblə əvvəl də qarşılaşmışıq, tanıyırıq. Çalışacağıq ki, oyunun keçiriləcəyi tarixə - iyulun 25-dək optimal formanı yığaq. Düzdür, həmin vaxta maksimum formamızı bərpa edə bilmərik. Lakin qarşılaşmaya optimal formada çıxmağa çalışacağıq. Cütün favoritinə gəlincə, hər iki klub adı iddialı səslənir. “Dinamo” dünən Gürcüstan kubokunun oyununda məğlub olub. Həmin görüşü izlədik. Analiz də edəcəyik. Onlar ilk mərhələni keçdikdən sonra rəqibimiz olacağı tam aydınlaşacaq. Bundan sonra komanda haqda məlumat toplayacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31