2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Qarabağ"ı Ukraynada belə qarşıladılar

"Qarabağ" "Vorskla" ilə Avropa Liqasının qrup mərhələsinin V tur oyununu keçirəcəyi Poltava şəhərinə çatıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisini aparan çarter reysli təyyarə yerli hava limanına Bakı vaxtı ilə saat 21:30-da enib.
 
Aeroportda komandanı bir qrup ukraynalı jurnalist və azərbaycanlı azarkeşlər qarşılayıb. "Qarabağ" noyabrın 7-də Aleksey Butovski adına stadionda ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq məşqə çıxacaq.
 
Məşqdən əvvəl saat 20:30-da baş məşqçi Qurban Qurbanov və futbolçulardan biri mətbuat konfransı keçirəcək.
 
"Vorskla"nın baş məşqçisi Vasili Saçko isə jurnalistlər önünə saat 19:00-da çıxacaq. Oktyabrın 8-də keçiriləcək oyun saat 24:00-da başlanacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31