Ölkə futbolu
“Bütün oyunçulara əsəbiləşirik”
"Xüsusən ikinci hissədən razı qaldım. Oyunun gözəlliyi qoldur. Hücum futbolu oynadığımız üçün qollar buraxırıq. Qarşıdakı matçlarda maksimum nəticələr qazanaraq, şansımızı əldən verməməyə çalışacağıq".
Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- "Neftçi" də Avroliqaya vəsiqə qazanmaq üçün kuboka köklənəcək?
- 3-cü yer də, kubok da bizim üçün qaçılmazdır. Oyunu idarə edən futbolçulardır. Düşünmürəm ki, "Neftçi" sırf kuboka köklənib. Hazırda 2 cəbhədə də davam edirik. Hara qədər gedəcəyiksə, zaman göstərəcək.
- “Neftçi”nin Cavid İmamverdiyev və Araz Abdullayevi komandadan göndərməsinə təəssüflənmirsiniz?
- Cavid və Araz Abdullayevin bu komandada olmasını istərdim. Amma onlar mənim vaxtımda getməyiblər.
- Soni Mustivar bu gün heç nə ilə yadda qalmadı...
- Hər kəsin şəxsi fikri var. Mustivarın meydanda gördüyü işə də baxmaq lazımdır. Fiziki və praktiki cəhətdən geri qalır. Amma onun heç nə ilə yadda qalmadığını demək olmaz. İlk yarının sonlarında hiss etdik ki, yorulur. Ona görə də əvəzlədik.
- Qış fasiləsindən sonra Namiq Ələskərovun uğurlu çıxışının səbəbi nədir?
- Bütün azərbaycanlı futbolçuların yaxşı oynamalarını istərdik. Namiq Antalyada olduğumuz vaxt Slovakiyadan təklif aldığını dedi və mən də razılaşdım. Amma bilmirəm niyə alınmadı. Mövsümün birinci hissəsindəki oyunundan narazı idim. Onunla söhbət edərək, "Qarabağ"dakı kimi çıxış etməsini istədim. Artıq o, uğurlu oyun sərgiləməyə başlayır. Düşünürəm ki, artıq onu Azərbaycan futbolu üçün yenidən qazanmışıq.
- Yeni mövsüm üçün gözaltı etdiyiniz futbolçular var?
- Artıq idman direktoru ilə söhbətimiz olub. Bəzi mövqelərə futbolçu axtarışına başlamışıq. Daha yaxşı çıxış etmək üçün daha yaxşı oyunçular almalıyıq. Ola bilər ki, mən də Ceyhun Sultanovla birgə gedərək, bəzi oyunçuları izləyək. Bu istiqamətdə işimiz davam edir.
- Gələn mövsüm üçün komandada qalmağınız gözlənilir?
- Müqaviləm mayın sonlarında bitir. Hələ heç nə bilinmir. İndiyədək mən də daxil heç kimə yeni müqavilə təklif olunmayıb.
- Bəs yeni oyunçu transferi nəzərdə tutulub?
- Hələlik yerlilərlə bağlı qərar verilməyib. Bir neçə daha yaxşı legioner cəlb etmək istəyirik. Aprelin axırı-mayın əvvəllərində yerlilərin siyahısı rəhbərliyə təqdim olunacaq.
- İqnasio Herreraya əsəbiləşməyiniz nə ilə əlaqədar idi?
- Mövqe səhvinə görə əsəbiləşmişdim. Əslində bütün oyunçulara əsəbiləşirik. Amma bəzən elə görünür.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
-
23:00
"Sumqayıt" "Qarabağ"a belə qalib gəldi VİDEO
-
21:56
"Neftçi" və "Sumqayıt"dan qələbə
-
21:05
"Neftçi"dən "Turan Tovuz"a 3 cavabsız qol VİDEO
-
15:46
“Sumqayıt”dan azarkeşlərinə müraciət
-
14:11
"Kəpəz"in üç futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
-
13:38
Azərbaycan idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
12:05
“Səbail”in müdafiəçisi: “Son 4 tur bizim üçün finala bərabərdir”
-
11:54
"Bayer" yenə 90+6-da məğlubiyyətdən qaçdı VİDEO
-
11:40
"Atletiko" "Atletik"ə qalib gəldi VİDEO
-
11:29
"Latsio"dan minimal hesablı qələbə VİDEO
-
11:17
Karate üzrə açıq turnir keçirilib
-
11:02
"Yuventus" - "Milan" matçında heç-heçə VİDEO
-
10:53
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
-
10:38
"Borussiya" darmadağın oldu VİDEO
-
10:26
“Forza Neftçi” qayıdır: Çağırışa müsbət cavab verildi
-
10:11
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
10:04
Elcan Hacıyev: “Avropa çempionu olmaq xəyalım idi”
-
09:45
Derbini "Fənərbaxça" qazandı VİDEO
-
23:25
"Neftçi" azarkeşlərinə çağırış etdi
-
23:08
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
-
21:16
Samir Abasov Xavi ilə görüşdü
-
21:00
"Neftçi"nin 3 futbolçusu "Turan Tovuz"a qarşı oynamayacaq
-
20:27
Şahin Diniyev: “Avrokuboklara getməmək dünyanın sonu deyil”
-
19:53
"Səbail" səfərdə məğlub oldu
-
17:00
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
-
16:32
Krivostyukun komandası mövsümdə ilk qələbəsini qazandı
-
13:49
Azərbaycanın idmançıları Prezident Kubokunda mübarizə aparacaqlar
-
12:24
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb
-
11:50
32-ci turun hakim təyinatları
-
11:38
Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb
-
11:13
Bakı Marafonunda iştirak üçün 15-dən çox ölkənin vətəndaşları qeydiyyatdan keçib
-
10:56
Arda Gülər "Real"a qələbə qazandırdı VİDEO
-
10:42
İnfantino "Qarabağ"ı təbrik edib
-
10:29
Bundesliqa: 31-ci turun açılış oyununda 5 qol VİDEO
-
10:17
"Traktor" 1/4 finala yüksəlib
-
10:00
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı VİDEO
-
09:51
Millimiz Monteneqronu məğlub edib FOTOLENT
-
20:28
Hidayətdən 4-cü Avropa çempionluğu
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi