9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Qoy, Portuqaliya bizi saymasın"

“Dünyanın ən güclü yığmalarından birinə qarşı oynayacağıq. Biz də meydanda gücümüzü qoymağa çıxacağıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın hücumçusu Rauf Əliyev deyib.

Təcrübəli forvard qeyd edib ki, Portuqaliya millisi təkcə Ronaldo və Nanidən ibarət deyil: "Hamı evdə yaxşı oynayacağımıza ümidlidir. Böyük ölkələrlə oyunlarda sensasiya etməyə çalışacağıq. Bu il daha çox səfərdə və ehtiyatlı oynamışıq. İsrail yığması zəif deyil və Portuqaliyaya qarşı yaxşı oyun göstərdi. Biz də elə oynayıb, rəqibi əks-hücumlarda tuta bilirdik. Portuqaliya Ronaldo, Nanidən ibarət deyil. Onların futbolçuları böyük klublarda oynayır. Sadəcə, Ronaldo, Nani olanda daha güclü olurlar. Eybi yoxdur, qoy Portuqaliya bizi saymasın".

Rauf Əliyev Lüksemburqla oyundan da söz açıb: "Lüksemburqla oyunda qalib gəlmək istəyirdik. Çoxları onları zəif sayırdı. Ancaq biz komandanın daxilində belə düşünmürdük. Səfərdə bu nəticəni qənaətbəxş saymaq olar".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31