9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Qarabağ"dan növbəti transfer

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" növbəti transferi reallaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi mövqeyinə transfer etməyi planlaşdıran “atlılar” uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb. 
 
Klubdan bildirilib ki, Ağdam təmsilçisi Haiti millisinin üzvü olan və ötən mövsüm Türkiyə Superliqasında “Alanyaspor”da forma geyinən Vild-Donald Guerrierin keçidini rəsmiləşdirib. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, futbolçu peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan Guerrier 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə Donald “Alanyaspor” formasıyla 20 oyunda 4 qolla yadda qalıb. 2010-cu ildən Haiti millisinə dəvət alan 28 yaşlı futbolçu yığma komandada 37 oyunda 8 dəfə fərqlənib. 
 
Xatırladaq ki, Vild-Donald Guerrierin "Qarabağ"la razılıq əldə etdiyini ilk dəfə məhz Futbolxeber.az saytı yazmışdı. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31