9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Ömər Paşayevin idarət etdiyi oyunda Belarus üstün oldu

Azərbaycanlı futbol hakimləri daha bir beynəlxalq oyuna təyinat alıblar. Futbolxeber.az-ın məlumatına görə, Ömər Paşayevin başçılıq etdiyi hakimlər briqadası 21 yaşadək futbolçular arasında keçirilən AÇ-2017-nin seçmə mərhələ oyununu idarə ediblər. 
 
Belarus öz meydanında San Marinou 1:0 hesabı ilə məğlub edib. Minskdə baş tutan matçda yeganə qol Paşayevin 51-ci dəqiqədə təyin etdiyi penalti nəticəsində vurulub. Qarşılaşmanın baş hakimi bu görüşdə 4 sarı vərəqəyə də əl atıb ki, onlardan ikisi meydan sahiblərinə, ikisi isə qonaqlara qismət olub.
 
Qeyd edək ki, bu oyunda Paşayevə yan xətt hakimləri Mübariz Həşimovla Namiq Hüseynov yardımçı olub. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31