9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Millimizin oyununa satılan bilet sayı açıqlandı

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində evdə Şimali İrlandiya ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, bu matç üçün satışa çıxarılan biletlərin yarıdan çoxu satılıb.
 
AFFA-nın rəsmi "Facebook" səhifəsindən bildirilib ki, artıq 15800 bilet alınıb. Biletləri "28 Mall", Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, "Bakcell" Sahil müştəri xidmətləri, "Bakcell Arena"nın kassalarında satılıb. Onları www.tickets.affa.az saytından onlayn əldə etmək də mümkündür.
 
Qiymətlər VIP 25 manat, 1-ci kateqoriya 9 manat, 2-ci kateqoriya 4 manat, 3-cü kateqoriya 2 manatdır.
 
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31