9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Millimizdə Nazarov problemi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edəcək millimiz oyuna itki ilə çıxa bilər. Futbolxeber.az-ın məlumatına görə, komandamızın aparıcı üzvlərindən olan Dmitri Nazarov zədədən əziyyət çəkir.
 
Bu barədə apasport.az-a yığmanın baş məşqçisi Robert Prosineçki məlumat verib. O bildirib ki, Almaniyanın “Aue” klubunda çıxış edən Nazarov millinin Avstriya toplanışının son günlərində xəsarət alıb.
 
Bakıya qayıtdıqdan sonra 1 günlük istirahətə buraxılan yığmamız bu gündən məşqlərini bərpa edəcək. Nazarovun durumuna da gün ərzində aydınlıq gələcək. Belə ki, 27 yaşlı yarımmüdafiəçi MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçəcək. Məhz bundan sonra onun zədəsinin nə dərəcədə ciddi olduğu bilinəcək.
 
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31