2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Qəbələ” qızıl medallarına qovuşdu

Bu gün AFFA-nın inzibati binasında qızlar liqalarında fəaliyyət göstərən məşqçilərin iştirakı ilə iclas keçirilib. Futbolxeber.az-ın məlumatına görə, iclasda ilin yekunları ilə bağlı fikir mübadiləsi aparılıb, yeni mövsümlə bağlı təkliflər səsləndirilib, dəyişikliklər haqda məlumat verilib.
 
Daha sonra Yüksək Liqanın 2016/17-ci il mövsümündə yüksək yerləri tutan komandaların mükafatlandırma mərasimi keçirilib. “Qəbələ”, “Fidan” və “Sumqayıt” komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim edilib. Liqanın ən yaxşı oyunçusu Vüsalə Seyfəddinova (“Sumqayıt”), ən yaxşı məşqçisi isə Dilarə Əhmədova (“Qəbələ”) seçilib. Mövsüm ərzində 21 qol vuran Süsən Mənsimzadə (“Fidan”) isə liqanın ən sərrast futbolçusu olub. 
 
Mükafatları İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, baş katibin müavini Sərxan Hacıyev və müğənni Samirə Allahverdiyeva təqdim ediblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31