2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Səbail"dən daha 3 yeni müqavilə

Azərbaycan Premyer Liqasının debütantı "Səbail" klubu 3 futbolçu ilə müqavilə bağlayıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a komandanın baş məşqçisi Samir Əliyev açıqlama verib.
 
Onun sözlərinə görə, "Neftçi"dən ayrılan Kamal Qurbanov, həmçinin "Zaqatala"dan Emin Mehtiyev və "Turan Tovuz"dan Aqşin Muxtaroğlu ilə 1 illik rəsmi anlaşma əldə olunub. Gənc mütəxəssis AZAL-ın sabiq qapıçısı Aqil Məmmədovla da ilk razılığa gəldiklərini söyləyib: "Hazırda Aqil Naxçıvandadır. Həftəsonunadək Bakıya qayıdacaq və bizimlə müqaviləyə imza atacaq".
 
S.Əliyev ötən mövsüm I Divizionda çıxış etmiş futbolçuların əksəriyyəti ilə yollarını ayıracaqlarını da dilə gətirib. Bütün transferləri iyunun 10-dək həyata keçirmək niyyətində olduqlarını söyləyən baş məşqçi ehtiyac yaranarsa, legionerlərlə də güclənəcəklərini vurğulayıb.
 
Hazırlıq planlarına gəlincə, o, bütün kollektivin iyunun 12-də Bakıda toplaşacağını və iyulun əvvəllərində Türkiyəyə uzunmüddətli təlim-məşq toplanışına yollanacaqlarını deyib. S.Əliyev bildirib ki, bu mövsüm əsas məqsəd Premyer Liqada qalmaqdır: "UEFA-nın lisenziyalaşdırma tələblərinə əsasən, vəsiqə qazansaq belə, 2018-2019 mövsümündə avrokuboklarda çıxış edə bilmərik. Çünki "Səbail" cəmi 2 ildir yaranıb. Avrokuboklara isə ən azı 3 yaşı olan klub buraxılır. Ona görə də aşağı yaş qrupu üzrə komandalarımızı da gücləndirməklə, gənc futbolçular yetişdirmək və sonrakı mövsümlərdə iddialı kluba çevrilməyi hədəfləmişik".
 
Qeyd edək ki, "Səbail" ötən mövsüm I Divizionu 2-ci pillədə başa vurub.    
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31