2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Səbail"də dəyişiklik: vəzifəyə Cahangir Həsənzadə gətirildi

"Səbail" Futbol Klubunun Müşahidə Şurasının heyətində dəyişiklik baş verib. Futbolxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisinin fəaliyyətə başladığı ilk günlərdən MŞ-nin üzvü olan Təbriz Həsənov və Tural Əsədov rəhbərliyə müraciət edərək işlərinin çoxluğu səbəbindən Müşahidə Şurasının üzvlüyündən xaric olunmalarını xahiş ediblər. 
 
Rəhbərlik müraciətləri müsbət dəyərləndirərək klubun adından Təbriz Həsənova və Tural Əsədova səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib, gələcək işlərində uğurlar arzulayıb.
 
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və Bakıda fəaliyyət göstərən "Mançester Yunayted Futbol Məktəbi"nin məşqçisi Cahangir Həsənzadə Müşahidə Şurasının üzvü təyin olunublar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31