2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Salvadorlu hücumçu: “Azərbaycan klubundan təklif almışam”

“Zirə”nin sabiq futbolçu Nelson Bonilya ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, karyerası ilə bağlı danışan salvadorlu hücumçu Azərbaycandan da söhbət açıb.
 
"Nasional" (Portuqaliya) klubunun forvardı ölkəmizdən təklif aldığını bildirib: “Çoxları Azərbaycan çempionatının zəif olduğunu düşünür. Ancaq Azərbaycanda futbol millimizə 4 qol vuran Ermənistanla eyni səviyyədədir. Ötən il mənə təkliflər az idi. İndi isə Avropa Liqasına vəsiqə qazanan Azərbaycan klubundan təklif almışam. Hələlik qərar verməmişəm. Bir qədər istirahət etmək istəyirəm. Çünki ağır mövsüm keçirmişəm".
 
Qeyd edək ki, 2015/16 mövsümündə "Zirə"də çıxış edən 27 yaşlı forvard 14 qolla Azərbaycan Premyer Liqasının bombardirlər yarışında 2-ci olmuşdu.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31