2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Millidə ilk qolumu vurduğuma görə sevinirəm"

Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq görüşündə millimizin ilk qolunu vurmuş Tərlan Quliyev affa.az-a oyun barədə fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, yığmada ilk qolunu vuran Quliyev deyib:

“Milli komandanın heyətində ilk qolumu vurdum və buna görə çox sevinirəm. Vacib olan komandamızın qələbə qazanması idi. Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək.

Meydanda əzmkarlıq nümayiş etdirdik. Bu qələbənin ardını gətirmək lazımdır. Birinci hissədə hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Fasilədən sonra biz hesabı açdıq və sanki rəqib ayıldı, hücumlar qurmağa başladı. Bu da normal haldır, çünki Qətər yığması ev sahibidir.

Əsas qələbə qazanmaq, Almaniya millisi ilə oyuna yüksək əhval-ruhiyyədə yollanmaq idi, biz də bunu bacardıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31