2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Samir Abasov qovulmasından danışdı

Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Sumqayıt” doğma meydanda AZAL-ı 1:0 hesabı ilə məğlub edib. “Kapital Bank Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Abasov qələbəni belə şərhə edib:
 
- Çətin oyun oldu. "Sumqayıt”ın adına oynadıq. Amma komandanın oyunundan razı deyiləm. Futbolçularımda uduzmamaq hissi olsa da, həyəcanlı idilər. Oyundan sonra futbolulara etirazımı bildirdim. AZAL-la oyunda xal itirsəydik, digər rəqiblərimiz bizə çatacaqdılar. Yenə deyirəm, oyundan razı qalmadım.
 
- İlk hissənin sonunda baş hakim Rəhim Həsənova etiraz edirdiniz. Bu, nə ilə bağlı idi?
- Rəhimə etirazımı bildirdim. İlk hissədə olan qayda pozuntusunun səbəbini öyrəndim. Rəhim də dedi ki, "etirazını oyundan sonra bildir” və məni "texniki zona"dan uzaqlaşdırdı.
 
- "Sumqayıt”da yarımmüdafiə xətti yoxdur. Düşünmürsünüz ki, Xəyal Nəcəfovun əvəzedici komandaya göndərilmək vaxtı çatıb?
- Bəli, razıyam ki, yarımmüdafiə xəttimizdə boşluq var. Xəyaldan soruşun, sizə eyni şeyi deyəcək. Artıq onun əvəzedici komandaya göndərilmək vaxtı çatıb (sportnet.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31