29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Təlim-məşq toplanışı üçün Samux rayonunu seçdilər

“Kəpəz”in əvəzedici heyəti üçün qış fasiləsi başa çatıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, komanda bu gündən məşqləri bərpa edib. “Sarı-göylər” Gəncə şəhər stadionunda bir araya gəlib. Məşqdən öncə məşqçilər korpusu futbolçulara hazırlıq planı ilə bağlı məlumat verib, onlardan məşqlərə daha ciddi yanaşmaları istənilib.
 
Daha sonra çalışmalara start verilib. Təxminən saatyarım davam edən ilk məşq prosesi isinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayıb, yüngül qaçışla davam edib. Hazırlığın sonunda futbolçular mini meydançada futbol oynayıblar.
 
Yaxın hazırlıq planına əsasən, yanvarın 7-dən əvəzedicilər Samux rayonunun Aşağı Ağasıbəyli kənd stadionunda məşq edəcək. Yanvarın 10-da komanda ikitərəfli oyun keçirəcək. Bu görüş baxışda olan futbolçulara özünü göstərmək üçün şansdır. İlk məşqdə iki belə oyunçu iştirak edib. Sabahdan başlayaraq U-17 və U-19 komandasından dəvət olunan beş futbolçu hazırlığa qoşulacaq.
 
Yanvarın 12-dən əvəzedicilər bir həftəlik təlim-məşq toplanışına başlayacaq. Toplanış Gəncədə keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30