27 Aprel 2024, Şənbə
İnfantino "Qarabağ"ı təbrik edib
Hidayətdən 4-cü Avropa çempionluğu
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub

Ölkə futbolu

Roman Qriqorçuk: “Bu matçda qələbə qazanmamaq olmazdı”

Topaz Premyer Liqasının II turunun “Qəbələ” - “İnter” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis görüşü belə şərh edib:

“Ciddi rəqiblə qarşılaşırdıq. “İnter” çox yaxşı komandadır. Bu rəqib ötən turda son çempiona – “Qarabağ”a qalib gəlib. Aydın məsələdir ki, paytaxt klubu müəyyən gücə malikdir. Görüşdə təhlil olunacaq xeyli materialımız oldu. Bu gün qalib gəlmədik. Prinsipcə, elə qarşılaşma idi ki, bu matçda qələbə qazanmamaq olmazdı. Görüş aşkar şəkildə bizim xeyrimizə idi. Komandamızın inamlı qələbəsi daha qanunauyğun olardı. Qolla nəticələnməyən penaltiyə gəlincə, mən də zərbəni Nika Kvekveskiri deyil, başqa oyunçunun yerinə yetirməsini düşündüm. Amma meydanda belə zərbə vuran başqa oyunçumuz yox idi. Bir müddət biz penaltilər üzərində məşq etmişik və 11 metrlik zərbələri yerinə yetirən futbolçularla bağlı qeydlər aparıb, onları seçmişəm. Amma onlardan yalnız biri meydanda olduğundan variantımız yox idi”.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30