27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Zlatko Zahoviç: “Qəbələ”nin lideri Filip Ozobiçdi” (MÜSAHİBƏ)

“BİZƏ BAKININ İSTİSİ YOX, “QƏBƏLƏ” PROBEM YARADA BİLƏR”

“Maribor”un idman direktoru, Sloveniya futbolunun canlı əfsanəsi Zlatko Zahoviçin Futbolxeber.az saytına müsahibəsi 

- Avroliqanın pley-off mərhələsində rəqibiniz olan “Qəbələ”nin bu gün Azərbaycan çempionatında “İnter”ə qarşı keçirdiyi oyunu canlı izlədiniz. Görüşlə bağlı nə deyə bilərsiniz?

- Ölkə çempionatı və Avroliqa görüşlər fərqli olur. “Qəbələ” yaxşı komandadır. Biz onlara hörmətlə yanaşırıq. Rəqib kimi bizim də məqsədimiz mərhələ adlamaqdır. Ona görə də qarşıdakı görüşə çox ciddi hazırlaşmalıyıq.

- “Qəbələ”nin hansı oyunçusu “Maribor”a daha çox problem yarada bilər?

- “Qəbələ”nin heyətində yaxşı oyunçuların sayı çoxdur. Amma hesab edirəm ki, komandanın lideri Filip Ozobiçdi. O, çox inamlı oyun göstərir.

- Ozobiç xorvatdı. Onu daha əvvəldən tanıyırdız?

- Xeyr, yalnız “Qəbələ”nin heyətindən tanıyıram.

- “Qəbələ” - “Maribor” cütündə hansı komanda favoritdir?

Bunu demək çətindi. Futbolda hazırda favorit olmur. “Qəbələ”yə hörmətlə yanaşırıq. Bilirik ki, ötən il qrup mərhələsində çıxış ediblər. Bu il də ilk 3 mərhələni uğurla adlayıblar. Komanda taktiki cəhətdən çox güclüdür

- Faizlə şansları necə dəyərləndirərdiz?

- Bunu demək çətindi.

- 50-50-yə ilə də razı deyilsiz?

- Təbii ki, 50-50-yə söyləmək olar. Şanslar oyundan qabaq hər zaman bərabər olur. Bizim də heyətimizdə yaxşı oyunçular var. Mərhələ adlayacağımıza inanırıq.

- “Qəbələ”nin əvvəlki mərhələdə “Lill”i mübarizədən kənarlaşdırması sizin üçün sürpriz oldu?

- Bu gün hamı futbol oynamağı bacarır. İstər taktiki, istər fiziki baxımdan. Ona görə də hansısa nəticəni sürpriz saymaq düzgün olmaz.

- Gördüyünüz kimi Bakıda hava çox istidi. Bunu “Maribor” üçün əlavə çətinlik saymaq olar?

- Hava istidi, amma bu barədə çox düşünməyə dəyməz. Bizə Bakının istisi yox, “Qəbələ” probem yarada bilər. Lakin “Maribor” da zəif deyil. Qarşıdakı oyunlar hər iki komanda üçün çətin keçəcək.

- “Qəbələ” - “Maribor” oyunu bu gün olduğunuz “Dalğa Arena”da keçiriləcək. Stadionu bəyəndiniz?

- Arena yaxşıdı. Stadion yox, daha yaxşı oynamaq barədə düşünməliyik.

- Püşkün nəticəsinə əsasən ilk görüşdə “Maribor” meydan sahibi olmalıydı. Amma sonradan görüşlərin yeri dəyişdirildi. Bu, komandanızın lehinədir?

- Bu, bizim üçün çox yaxşı haldır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30