28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Samir Abasov: “Uduzan komandada həmişə səhv axtarırlar”

“Bu gün oyunumuz alınmadı. Futboldu, belə hallar olur. Hələ ki mövsüm yeni başlayıb. “Qarabağ”ı təbrik edirəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov “CBC-Sport”a açıqlamasında deyib.

Topaz Premyer Liqasının II turunda “Sumqayıt” “Qarabağ”a 0:2 hesabı ilə uduzub. Abbasov yenilgini belə şərh edib: “Göstərilən oyundan narazıyam. Görüləsi işlərimiz çoxdur. Yeni gələn oyunçulardan bəziləri bizə gec qoşuldular. Heyətdə gənclərin sayı çoxdu. Tam 100 faiz hazır olmayanları meydana buraxmağa məcburuq. Zamanla futbolçuların hamısı formaya düşəcək. Məğlubiyyəti taktika ilə bağlamazdım. Uduzan komandada həmişə səhv axtarırlar. Bu sistemlə biz “Zirə”ni udmuşduq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30