2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Yovan Krneta “Zirə ilə yeni müqavilə imzaladı: “Bakıya qayıtdığım üçün çox şadam”

“Zirə” müdafiəçi Yovan Krneta ilə yeni müqaviləyə imza atıb. Futbolxeber.az saytının məlumatına görə, anlaşmaya görə serbiyalı müdafiəçi iki il “qartallar”ın sırasında olacaq. Krnetanın yeni müqavilə və komanda haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Bakıya qayıtdığım üçün çox şadam. Sevinirəm ki, növbəti mövsümdə də “Zirə”də oynayacam və bu kollektivlə birgə çalışacam. Ötən mövsüm gümüş medalları qazandıq. İnanıram ki, bu dəfə də yaxşı çıxış edib beynəlxalq arenada çıxış etmək hüququ qazanacağıq. Komandada bəzi dəyişikliklər olub, ancaq bizim birgə hazırlaşmaq və uyğunlaşmaq üçün vaxtımız var. Yeni oyunçularımızın bacarıqlı olmaları məşqlərdən də hiss olunur. “Sumqayıt”la oyunda qol vura bilməsək də, komandada istəyin olması və hər bir futbolçunun əlindən gələni etməyə çalışdığı görünürdü. Bundan sonra da yoxlama oyunlarımız olacaq. Çempionatda yaxşı çıxış etmək üçün qalan vaxtdan maksimum istifadə etməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31