28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Şahin Diniyev: “Gəlin etiraf edək ki...”

Noyabrın 21-də “Kəpəz” Topaz Premyer Liqasının XIII turunda “Qarabağ”ın qonağı olacaq. Futbolxeber.az-ın məlumatına görə, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev qarşıdakı oyun öncəsi kapazpfc.az saytına matçla bağlı fikirlərini açıqlayıb: “Adi təqvim oyununa uyğun olaraq “Qarabağ”la görüşə hazırlaşırıq. Hazırlıq planında dəyişiklik yoxdur. Heyətdə problemlərin olması narahatlıq doğurur. Nəsə dəyişiklik etmək istəyirik, amma bu nə qədər alınacaq, bilinmir. Qarşıdakı üç gün ərzində məşqlərə baxıb qərar verəcəyik, daha hazılıqlı oyunçudan istifadə etməyə çalışacağıq”.

Nəzərinizə çatdıraq ki, ilk dövrədə bu komandalar arasında Gəncədə gərgin mübarizə şəraitində keçən oyunda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlib. Bu səbəbdən tərəflər arasında XIII turda baş tutacaq oyun da maraqla gözlənilir: “Ağdam klubunun necə komanda olması haqda geniş danışmağa ehtiyac görmürəm. Həmişəki kimi bizim üçün çətin oyun olacaq. Gəlin etiraf edək ki, “Qarabağ” görüş öncəsi favorit sayılır. Oyunun necə alınmasından çox şey asılı olacaq. Heyətimizdəki itkilər bizə problemlər yaradacaq. Ancaq bir şeyi deyə bilərəm ki, maraqlı oyun olacaq. Çempionatda həm “Qarabağ”, həm də “Kəpəz” uğuru rəqib qapısında axtarır, müdafiədə oturmur. Hər iki komanda hücum futbolu oynacaq. Bu üzdən azarkeşlər üçün də matç darıxdırıcı alınmayacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30