Ölkə futbolu
Sadıq Sadıqov: "Neftçi"də baş məşqçi yox, ab-hava dəyişməlidir"
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov bu gün Milli Olimpiya Komitəsində keçirilmiş yubiley tədbirindən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir.
- Rəhbər kimi çoxlu çempionluqlar, qələbələr qazanmısınız. Sadıq Sadıqovun ən yadda qalan çempionluğu hansıdır?
- Sonuncu olaraq Bakıda ilk Avropa Oyunları keçirildi Orada idmançılarımızın qələbə qazanması bizi çox sevindirdi. İlk dəfə Azərbaycanda keçirilmiş Avropa Oyunları mənim yadımdan çıxmaz. Çox möhtəşəm bir tədbir idi və idmançılarımız da yaxşı çıxış etdi. Azərbaycan bir daha idman ölkəsi kimi tanındı.
- Yubileyinizdə gözlədiyiniz bütün təbrikləri eşitdiniz, yoxsa hansısa təbrik gəlib çıxmadı?
- Bu qədərini gözləmirdim, təbriklər çox oldu. "Neftçi" klubundan da təbrik etdilər. Müşahidə Şurasının sədri Çingiz Abdullayev zəng edib təbrik etdi. Elnur Məmmədov da zəng vurmuşdu və hamısına minnətdaram.
- Artıq bir müddətdir cüdodasınız. Hansı yeniliklər var?
- Azərbaycanda cüdo idman növünün böyük ənənəsi olub. Hamı bilir ki, cüdoda Olimpiya, dünya və Avropa çempionlarımız, mükafatçılarımız var. Biz cüdo ailəsinə dəstək olduğumuzu göstərdik. Ölkə Prezidenti göstərdi ki, Azərbaycan cüdosuna necə diqqət var. Əsas məqsədimiz 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Məqsəd 7 lisenziyadır. Bundan sonra olimpiadada Azərbaycanı layiqincə təmsil etməliyik. İnanıram ki, cüdoçularımızın böyük potensialı var. İdmançılarımız turnirlərdə çıxış edir və yüksək nəticə qazanır. Əsasən olimpiadaya lisenziya xalı verən yarışlarda çıxış edirlər.
- Keçmiş klubunuz "Neftçi"nin oyunlarına baxırsınız? Və hansısa dəyişikliklər gözləyirsiniz?
- İşlərin çoxluğu ilə bağlı o qədər də izləmək olmur. Cüdo ilə bağlı səfərlərdə oluruq, ancaq eşidirik, mətbuatdan izləyirik ki, bir az komanda büdrəyir. Yəqin ki, qış transferindən sonra futbolçu və məşqçilərlə bağlı məsələlər düzələcək. "Neftçi"nin
- Əsgər Abdullayevin baş məşqçi olacağını gözləyirdiniz?
- Xeyr. Ancaq deyə bilərəm ki, klubun Müşahidə Şurasında bir neçə nəfər ola bilərdi. Lakin bu Əsgər müəllimin qismətinə çıxdı və o da baş məşqçi oldu.
- Dəyişiklikə bağlı nə deyə bilərsiniz?
- Komandada nəsə iş görülməlidir. Uğursuzluqlar komandanı həvəsdən salır. Hazırda komanda gənclərdən ibarət olduğu üçün mən onlarda gələcək görürəm. Bu gün komandada ab-havanı düzəltmək lazımdır ki, uğur qazanılsın.
- Rövnəq Abdullayev federasiyaya prezident təyin olmamışdan öncə ciddi problemlər vardı. Artıq maliyyyə və digər məsələlər həll olunub?
- Artıq bütün problemlər yoluna qoyulub. Azərbaycanda idmanın inkişafı sırf ölkə Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Onun diqqət və qayğısı nəticəsində idmançılar belə uğur qazanır. Bir balaca problemlər vardı, onlar da Prezidentin göstərişi ilə öz həllini tapıb. İnanıram ki, bundan sonra idmançılar Azərbaycanı layiqli şəkildə təmsil edəcək.
Mənbə: sportnet.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
-
13:49
Azərbaycanın idmançıları Prezident Kubokunda mübarizə aparacaqlar
-
12:41
Premyer Liqamızda 32-ci tur start götürür
-
12:24
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb
-
11:50
32-ci turun hakim təyinatları
-
11:38
Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb
-
11:13
Bakı Marafonunda iştirak üçün 15-dən çox ölkənin vətəndaşları qeydiyyatdan keçib
-
10:56
Arda Gülər "Real"a qələbə qazandırdı VİDEO
-
10:42
İnfantino "Qarabağ"ı təbrik edib
-
10:29
Bundesliqa: 31-ci turun açılış oyununda 5 qol VİDEO
-
10:17
"Traktor" 1/4 finala yüksəlib
-
10:00
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı VİDEO
-
09:51
Millimiz Monteneqronu məğlub edib FOTOLENT
-
20:28
Hidayətdən 4-cü Avropa çempionluğu
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”