28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

“Əliyar Ağayevin uğuruna paxıllıq etmək yox, sevinmək lazımdı”

“Əliyar Ağayevin avrokubokların qrup oyununa təyinat alacağını gözləyirdim. Çünki son beynəlxalq matçlarda qiymətləri yaxşı olub. Həm də ki, yer aldığı qrup belə görüşlərə təyinat almasına imkan verir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az-a açıqlamasında keçmiş FİFA referisi, bu mövsümdən hakim-inspektor kimi fəaliyyət göstərən Vüsal Əliyev deyib.

Əliyar Ağayevin avrokubokların son turunda oyun idarə edəcəyinə toxunan Əliyev bu uğuru yüksək qiymətləndirib. O, Ağayevin potensialının daha artığını etməyə imkan verdiyini bildirib: “Bizim hakimlər Çempionlar Liqasının qrup, Avropa və dünya çempionatının isə final mərhələlərinə təyinat almalıdılar. Amma bu da yaxşı uğurdu, Əliyarı təbrik edirəm. Onun potensialı daha artığına imkan verir. Mən Əliyardan daha yüksək uğur gözləyirəm. Təbii ki, UEFA-dakılar da ağılsız deyillər, onlar Əliyarın potensialını görürlər. Odu ki, Ağayevə bu təyinatın verilməsi sürpriz sayılmamalıdı. Bunu təkcə Əliyardan yox, digər FİFA hakimlərimizdən də gözləyirəm. Sadəcə, qiymətlərə əsasən deyirəm ki, son oyunlarda Əliyar yaxşı idarəçilik edib. Bilirsiz ki, Əliyar Ağayev ikinci, amma digər FİFA referilərimiz üçüncü qrupdadılar. O birilər gərək ikinci qrupa yüksəlsinlər ki, səviyyəli oyunlara təyinat alsınlar. İnşallah, Əliyar birinci qrupa düşər və ondan sonra təyinat aldığı oyunların səviyyəsi daha da artar. İdarə etdiyin matçın səviyyəsi nə qədər yüksək olsa, hakimlik etmək bir qədər asanlaşır. Əliyar ingilis dilini gözəl bilir. Bu da ona daha yaxşı hakimlik etməyə imkan verir”.

Əliyev qeyd edib ki, Əliyar Ağayevin uğuruna paxıllıq etmək yox, sevinmək lazımdı: “Hamı bilir ki, məndə paxıllıq yoxdu. Paxıllıq cılızdıqdı. Əliyara hələ təyinat verilməmişdən öncə onunla söhbətimiz oldu. Dedim ki, mən bu uğuru səndən gözləyirəm. Açıq danışıram, heç kimdən çəkinmirəm. Bu cür danışığımızın olduğunu Əliyarın özü də təsdiqləyə bilər, Allah şahiddi. Çünki qiymətlərini bilirdim və potensialına bələdəm. Mənim ona qarşı heç bir paxıllığım ola bilməz. Əliyar mənim balaca qardaşımdı, onun uğuruna sevinmək lazımdı. istərdim ki, digər FİFA referilərimiz də qabağa getsinlər. Nə qədər çox beynəlxalq oyunlar idarə etsələr, bir o qədər Azərbaycan futbolunun xeyrinədi. Hazırda iki komandamız Avroliqanın qrup mərhələsində oynayır. Niyə hakimimiz də orda olmasın ki? Komandalarımız kimi, hakimlərimiz də qrup mərhələsində Azərbaycanı təmsil etməlidilər”.

Sabiq referi 2001-ci ildə UEFA kubokunun seçmə mərhələsi çərçivəsində Xorvatiyada baş tutan “Osiek” - “Dinaburq” görüşü ilə bağlı məlum video haqda da münasibət bildirib. Əliyev bununla bağlı geniş danışmaq istəməyib: “O videonu mətbuatdan izlədim. Yenə mətbuatdan oxudum ki, məsələsə komissiya baxacaq. Başqa bir söz deyə bilmərəm. Məsələ komissiyanın səlahiyyətindədi. Amma bu kimi hallara mənfi baxıram. Mətbuatda oxuyuram ki, o hakim buna, bu hakim ona söz “atır”. Belə şeyləri yaxşı qarşılamıram.

Videonun kim tərəfindən ötürüldüyünü də bilmirəm. Bilmədiyim haqda bir şey demək isə mənə yaraşmaz”.

Əliyev “Xaqani Məmmədovun tutduğu vəzifəyə sizi dəvət etsələr, razılaşarsızmı” sualına belə cavab verib: “Xaqani Məmmədovun vəzifəsindən göndəriləcəyini eşitməmişəm. O, hazırda işinin başındadı. Mən real olmayan şey haqda danışmaq istəmirəm”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30