2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Cavid Hüseynov: “Heç kimə imkan vermərəm ki, mənə görə kimisə öldürsünlər”

"Qəbələ"nin kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümünə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, o, sosial şəbəkədəki səhifəsi vasitəsilə bunları qeyd edib:

“Allahdan jurnalist Rasim Əliyevə rəhmət diləyirəm. Ruhu şad olsun. Çoxları məni tənqid edir ki, onu sənin dostların öldürüb. Amma yox, bu, belə deyil. Heç kimə imkan vermərəm ki, mənə görə kimisə öldürsünlər. O jurnalistlə "facebook"da kipirli jurnalistlə olan məsələyə aydınlıq gətirmişik. Amma normal şəkildə. Sonra da mehribancasına sagollaşmışıq. İndi isə hamı az qalır mənə qatil adı versinlər. Nə oldu? Mən həmin Cavidəm də, bir neçə gün əvvəl dilinizdən düşməyən. Sizcə, bu cür hərəkət edərəm? Bir misal gətirmək istəyirəm. Araz Abdullayev maşını ilə adam vurdu, jurnalistlər ona qatil damğası vurdular. İndi isə günahım olmaya olmaya məni ləkələmək istəyirlər. Bizə düşmən lazım deyil, vallah. Adamın başının üstündə Allah var. Yazanda haqqına yazın. Çox təəssüflər olsun ki, haqqına yazan jurnalistlərimiz çox azdır" (azerisport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31