2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Çukariçki”nin baş məşqçisi: “Qəbələ”dən belə oyun gözləmirdim”

“Biz matça tam hazır olsaq da, “Qəbələ”nin bu cür oynamasını gözləmirdik. Bu cür matça hazır deyildik. Bakıya bir qol üçün gəlmişdik. Təəssüflər olsun ki, bacarmadıq. Əgər şanslarımızdan istifadə etsəydik, qələbə qazanardıq. Rəqibin vurduğu hər iki qol bizim futbolçuların səhlənkarlığından oldu. Bəxtimiz də üzümüzə gülmədi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “”Çukariçki”nin baş məşqçisi Vladan Miloyeviç deyib.

-“Qəbələ”nin heyətində ən çox hansı futbolçunu bəyəndiniz?

- Rəqib futbolçularının hamısı yaxşı çıxış etdi. Çox gözəl komandadır.

- “Qəbələ”nin növbəti mərhələdəki şanslarını necə görürsünüz?

- “Apollon” haqda geniş məlumatım yoxdu. Ancaq bilirəm ki, təcrübəli futbolçuları var.

- “Qəbələ”dən bu cür oyun gözləmədiyinizi dediniz. Rəqib ilk  oyundan fərqli nə etdi ki, təəccübünüzə səbəb oldu?

- Çox da böyük fərq yox idi. Ancaq rəqib futbolçuları fərdi utalıqları ilə məni təəccübəndirdi. Həmin fərdi ustalığa görə də qalib gəldilər. Onu da deyim ki, biz bir neçə gün əvvəl Serbiya çempionatında ağır oyun keçirdik. Uzun yol qət etmək də bizi yordu.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31