2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Levin "Qəbələ"yə keçdi

"İnter"dən ayrılan Vladimir Levinin yeni iş yerinə aydınlıq gəlib. “Qəbələ”nin baş meneceri Zaur Əzizovun apasport.az saytına verdiyi açıqlamasına görə, futbolçu növbəti mövsümdən bölgə klubunda çıxış edəcək. Milliləşdirilmiş ukraynalı futbolçu ilə sabah 2 illik müqavilə bağlanacaq.

“Qəbələ”nin yeni mərkəz müdafiəçisi ilə anlaşması isə özlüyündə onu göstərir ki, 2 legionerdən - sloveniyalı Deyan Kelhar və qvineyalı Umar Kalabandan biri komandadan ayrılacaq. Kelhar səhvlərinə görə Ramiz Məmmədovun dönəmində əsas komandadan uzaqlaşdırılsa da, sonradan geri qaytarılıb. Kalaban isə qışda komandadan gedə bilərdi. Ancaq sonradan yaxşı müdafiəçi tapa bilməyən Məmmədov afrikalı futbolçunu saxlamalı oldu.

Qeyd edək ki, bugündən Səbuhi Səfiyarlı “Qəbələ”də komandanın rəisi funksiyasını rəsmi şəkildə icra etməyə başlayıb. Ehtimal etmək olar ki, Levinin “Qəbələ”yə qoşulmasında məhz “İnter”in sabiq menecerinin rolu az olmayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31