9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

İzmaylov Azərbaycandakı günlərini xatırladı: “Syominin inamı mənə kritik anda çox kömək oldu”

“Mən heç vaxt futbolçu kimi ölməmişdim. Sadəcə olaraq, həyatımda heç də asan olmayan dövr keçirdim. Bu isə istənilən insanın həyatında baş verə bilər. Belə çətin anlarda insan xarakter nümayiş etdirməlidir. Yekunda da mən qalib gəldim”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Marat İzmaylov deyib.

Hazırda “Krasnodar”ın şərəfini qoruyan təcrübəli futbolçu, “O Jogo”ya müsahibəsində ötən mövsümün ikinci yarısında Azərbaycanda çıxış etdiyi dövrü də xatırlayıb.

İzmaylov, “Siz “Qəbələ”yə keçərkən bəziləri deyirdi ki, futbolçu kimi tükənmisiz. Belə halda özünüzü necə hiss edirdiz” sualına cavab olaraq deyib: “Heç vaxt yenidən yüksək səviyyəyə qayıdacağıma şübhə etmirdim. “Qəbələ”yə keçidimin səbəbkarı Yuri Syomin idi. O mənim yaxşı dostumdur və bacarığıma bələddir. Biz “Lokomotiv”də uzun illər birgə çalışmışdıq. Beləcə, Azərbaycana yollandım. Syominin inamı mənə kritik anda çox kömək oldu. Onun dəstəyi çox vacib idi”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31