9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

AİJA 2014-cü ilin ən yaxşılarının adını açıqladı: Qaliblər arasında Futbolxeber.az da var

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2014-ci ilin idman laureatlarının adlarını açıqlayıb. AİJA-nın versiyasına əsasən, qaliblər sırasında Futbolxeber.az saytı da var. Belə ki, Futbolxeber.az saytının baş redaktoru İbrahim Cəfərov İnternet portalları üzrə ilin ən yaxşı idman jurnalisti seçilib.

AİJA 2014-cü il üçün aşağıda adları qeyd olunanları qalib elan edib:

İlin idman jurnalisti

İdman qəzetləri üzrə - Bəxtiyar Məmmədov (“İdman”)
Futbol qəzetləri üzrə  -İlqar Tağıyev (“Het-trik”)
İdman jurnalları üzrə - Aysel Sultanova (“Olimp sport”)
İctimai-siyasi qəzetlər üzrə - Rüstəm Piriyev (“Exo”)
Televiziya - Tural Xudiyev (Space)
İnformasiya agentlikləri üzrə - Elvin Mövsümov (AzərTAC)
İnternet portalları üzrə - İbrahim Cəfərov (Futbolxeber.az)

İlin fotorepartyoru - Dilavər Nəcəfov - “İdman” qəzeti, “Azpress.az”

İlin qəzeti

İdman qəzetləri arasında  -“İdman”
Futbol qəzetləri arasında - “Çempion”
Rəsmi qəzetlər arasında - “Azərbaycan”
İctimai-siyasi qəzetlər arasında  - “İki sahil”
Rus dilində çıxan qəzetlər arasında - “Exo”
                           
İlin idman telekanalı -ANS

İlin idman radiosu - Azərbaycan Radiosu

İlin idman mətbuat xidməti - Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti

İlin internet portalı

İdman saytları arasında - “Qol.az”
İnformasiya saytları arasında - “Publika.az”

İlin idman ən yaxşı işıqlandıran informasiya agentliyi - AzərTAC

İlin idman xadimi - Azad Rəhimov( Azərbaycan Respublikasının Gənclər və idman naziri)

İlin idman təşkilatçısı - Qabil Mehdiyev (Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci Konqresi təşkilat komitəsinin məsul katibi)

İlin idmançısı (qadınlar)

1. Mariya Stadnik (güləş, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı)
2. Yelena Vıstropova (boks, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı)
3. Marina Durunda (bədii gimnastika, Avropa çempionatının mükafatçısı)

İlin idmançısı (kişilər)
1. Hacı Əliyev (güləş, dünya və Avropa çempionu)
2. Orxan Səfərov  (cüdo, 3 dəfə qran-pri və «Böyük dəbiilqə» turnirinin qalibi)
3. Fərid Mayılov (kunq-fu, dünya və Avropa çempionu)

İlin komandası

1. “Qarabağ” (Avrokuboklarda uğurlu çıxış)
2. Qadınlar üzrə voleybol milli komandası (dünya çempionatının final mərhələsi)
3. Karate üzrə milli komandası (Avropa çempionu)

İlin məşqçisi

1. Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi)
2. Aleksandr Çervyakov ( qadınlar üzrə  voleybol milli komandasının  baş məşqçisi)
3. Marina Vasilyeva (bədii gimnastika üzrə milli komandanın baş məşqçisi)

İlin idman hakimi - Fuad Aslanov (Boks, Yeniyetmələrin Olimpiya Oyunları-2014)

İlin idman azarkeşi - Zeynəb Binnətli 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31