2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“AFFA-nın qərarı ev sahibi ilə oğruya eyni cəza verilməsinə oxşayır”

“Xəzər Lənkəran” klubun idman direktoru Yunis Hüseynovun AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalanmasına münasibət bildirib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Futbolxeber.az saytına verdiyi açıqlamada məsələyə belə münasibət bildirib: “Təbii ki, bu qərar bizi razı sala bilməz. Kaxaber Tsxadadze ilə Yunis Hüseynovun eyni cəzaya layiq görülməsi düzgün deyil. AFFA İntizam Komitəsi məsələni düzgün araşdırmayıb. Axı, Yunis Hüseynov nəyə görə Tsxadadzenin üzərinə getməlidir? “İnter”in baş məşqçisi üzünü bizim məşqçilər korpusuna tutaraq, qeyri-etik jest edib. Hər şey də bundan sonra başlayıb. Yunis Hüseynov ağlını itirməyib ki, durduq yerdə problem çıxartsın. Dünyanın heç bir yerində məsələyə belə yanaşılmır. Bu, ev sahibi ilə oğruya eyni cəza verilməsinə oxşayır. Əksər klublar İntizam Komitəsinin qərarlarınan narazıdırlar. Bu haqda danışmaqdan yorulmuşuq. Amma heç nə dəyişmir. Qərardan şikayət edib-etməyəcəyimiz hələ bəlli deyil”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31