9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Hər oyuna qələbə üçün çıxırıq”

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Bolqarıstanla qarşılaşacaq milli komandamızın baş məşqçisi Berti Foqts oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Hazırlıqdan və futbolçulardan tam razıyam.  Onlar yoxlama oyunlarında hansı səhvləri etdiklərini  dərk ediblər. Qələbə qazanmaq istəyirik. Bu, futbolçularımdan asılıdır. İndi gənc futbolçularımız  çoxdur. Seçmə mərhələ  oyunlarında səhvlərə yol vermək olmaz.

- Sabahkı  oyunda sizi hansı nəticə qane edir?

- Heç bir oyunda heç-heçə arzulamıram. Hər oyuna qələbə üçün çıxırıq.

- Sabah sizdən nöcbəti eksperimentlər gözləmək olar?

- Diqqətinizə çatdırım ki, sabah seçmə oyundu. Seçmə oyunda eksperimentlərə yol vermək olmaz.

- Amma ötən mərhələdə Maksim Medvedevi heç vaxt oynamadığı dayaq yarımmüdafiəsində oynatmışdınız.

- Hərdən elə vaxtlar olur ki, hansısa mövqeyə oyunçu tapılmır. Belə olanda məcburiyyətdən  eksperiment etməli olursan.

-  Tərlan Quliyevin yığmaya çağırılması mərkəz müdafiəçilərinin zəif olması ilə bağlamaq olar?

- Tərlan cinah müdafiəçisidir. O,  bir neçə mövqedə oynaya bilər. Maraqlı oyunu var.  Razıyam ki, son oyunda müdafiəçilərimiz kobud səhvlərə yol verdi. Buna görə onu milliyə  çağırmışam.

- Artıq sabahkı heyəti müəyyənləşdirmisiniz?

- Demək olar ki,  90 faiz heyət hazırdı. Üç mövqdə isə hələ sual işarəsi var.

- Millimizin sabiq baş məşqçisi Şahin Diniyev Rusiya ilə oyunda etdiyiniz eksperimentlərə görə sizi tənqid edib.

- Ona cavab vermək istəmirəm. Amma Diniyev yaxşı məşqçidi. Onun beynəlxalq təcrübəsi var.

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31