9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Aslan Şahgəldiyev: “Erməni xakerlərin hücumu çox vaxt “Qarabağ” qələbə qazanandan sonra olur”

Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qurumun rəsmi saytının erməni xakerləri tərəfindən hücuma məruz qalmasına münasibət bildirib. Futbolxeber.az saytına verdiyi açıqlamada Şahgəldiyev deyib: “Belə xaker hücumları çox olur. Adətən bu, “Qarabağ” komandasının qalib gəldiyi oyunlardan sonra baş verir. Yəqin ki, “Qarabağ”ın qələbə çalması düşmənlərimizi qıcıqlandırır. Demək olar, belə hücumlar hər il olur. Bu vaxta kimi nə qədər cəhd etsələr də, saytı dağıda bilməmişdilər. Budəfəki problem tez həll etdik. 1 saat ərzində hər şey  qaydasındasına qoyuldu və sayt əvvəlki kimi fəaliyyət göstərir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31