9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

AZAL “Balıkesirspor”la bacarmadı

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “təyyarəçilər” Bolunun kənarındakı Termal otelinin meydançasında yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq “Balıkesirspor” ilə üz-üzə gəlib. Matç AZAL-ın 1:2 hesablı yenilgisi ilə başa çatıb. Təmsilçimizin yeganə qoluna Təmkin Xəlilzadə imza atıb.

Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Stanislav Namaşko, Eltun Yaqublu (Novruz Məmmədov, 46), Oskar Klyava, Laşa Kasradze, Şəhriyar Rəhimov (Xuanfran, 46), Kərim Diniyev (Orxan Lalayev, 62), Luis Ramos (Asif Mirili, 85), Təmkin Xəlilzadə (Aydın Qasımov, 76), Tomi Kostadinov, Eduardo Konseysao Masiel, Con Enrike Kordoba (Viktor İbekoyi, 80).

Onu da qeyd edək ki, AZAL növbəti yoxlama oyununu iyulun 25-də “Antalyaspor”a qarşı keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31