9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Böyükağa Hacıyev: “Sonadək döyüşəcəyik”

“İlk görüşdə maraqlı oyunun şahidi olduq. “Koper” iki real qol imkanı əldə elədi və bunlardan da yararlandı. Bu onu göstərir ki, rəqib əks hücuma çıxmağı yaxşı bacarır və əlinə düşən imkanlardan da layiqincə istifadə edir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məqçisi Böyükağa Hacıyev deyib.

Sloveniyada mətbuat önünə çıxan təcrübəli mütəxəssis, səfərə uğur qazanmaq üçün yollandıqlarını qeyd edib: “Biz də əl-qolumuzu yanımıza salmamışıq, bura elə-belə gəlməmişik. Təbii ki, çox çətin oyun olacaq, bunu anlayırıq. Çünki “Koper” təsəvvür elədiyimizdən də güclü komandadır. Rəqib keçmiş Yuqoslaviya məktəbinə xas futbol nümayiş etdirir, mən deyərdim ki, növbəti mərhələdə istər “Bursaspor”ı olsun, istər “Çixura”nı adlamağa qadirdir. Amma mərhələ keçmək şansımız hələ də qalır. Bu şansdan sonadək yararlanmaq istəyirik. Azarkeşlərimiz əmin olsunlar, bizə inansınlar, əlimizdən gələnin ən yaxşısını eləyib, sonadək döyüşəcəyik və mərhələ adlamağa çalışacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31