9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Elfsborq”un məşqçisi: “İnter”ə asanlıqla təslim olmayacağıq”

“Komandamız son 3-4 oyunda çox zəif təsir bağışlayıb. Əvvəlcə “İnter”ə, daha sonra isə “Norrkopinq”ə uduzduq. Buna baxmayaraq, sabah daha yaxşı oyun sərgiləyəcəyimizə inanıram. Bu, bizim üçün çox mühüm oyundur”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Elfsborq”un məşqçisi Yanne Mian deyib.

Sabah “İnter”ə qarşı keçiriləcək oyun barədə danışan Mian, rəqibin oyununu yaxşı təhlil etdiklərini bildirib: “İnter”in “Tiraspol”a qarşı keçirdiyi hər iki oyunu izləmişik. Bizim komandamız əsasən evdə daha yaxşı oynayır. İlk oyunda fərqlənmək şansımız olsa da, bundan istifadə edə bilmədik. “İnter” də yaxşı komandadır. Xüsusən də onların orta xətti güclüdür. Bütün bunlara baxmayaraq, biz “İnter”ə asanlıqla təslim olmayacağıq. III mərhələyə vəsiqə əldə etmək üçün sona qədər mübarizə aparacağıq”.

 

 

 

                         

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31