9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Tsxadadze: “Yeni transfer olmayacaq”

“Hələ ki heyətimizi gücləndirə bilmirik. Bunun bir çox səbəbləri var. Heyətimiz mütləq güclənməlidir. Amma fakt budur ki, biz hazırda transfer edə bilmirik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Tsaxadadze deyib.

Gürcü mütəxəssis Elvin Məmmədovdan başqa heç bir itkilərinin olmadığını qeyd edib: “Bu səbəbdən də sabahkı oyun üçün əvəzedici heyətdən 2 futbolçunu heyətə cəlb etmişik. Yalnız Elvin Məmmədovun xidmətindən yararlana bilməyəcəyik. Başqa heç bir itkimiz yoxdur”.

Tsxadadze azarkeşlərə minnətdarlıq etməyi unutmayıb: “Tiraspol”la Bakıdakı oyunda azarkeşlər bizə əla dəstək verdilər. Buna görə onlara bir daha minnətdaram. Gürcüstanda da belədir, komanda qol buraxdıqdan sonra azarkeşlər stadionu tərk edirlər. Amma həmin gün futbolsevərlər sona kimi bizi dəstəklədilər. İnanıram ki, sabah da eyni hal yaşanacaq”.

  

 

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31