9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Kaxaber Tsxadadze: “Mərhələ bir oyunla bitmir”

Sabah Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında İsveçin “Elfsborq” klubunu qəbul edəcək “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, gücrü mütəxəssis ilk öncə oyun barədə fikirlərini açıqlayıb: “İlk növbədə “Qarabağ”ı təbrik edirəm. Növbəti mərhələdə də onlara uğurlar arzulayıram. O ki qaldı bizə, ilk dəfə Avroliqada 2 mərhələ adlamaq üçün yaxşı şans yaxalamışıq. Səfərdə çox yaxşı oynadıq. Layiqli şəkildə qələbə qazandıq. Lakin mərhələ bir oyunla bitmir. Sabah bizi çətin oyun gözləyir. İlk oyundakı kimi inamlı və etibarlı oynasaq, uğur qazana bilərik. Yenə deyirəm, mərhələ adlamaq üçün əla şansımız var. Bunun üçün yaxşı çalışmalıyıq”.

Gürcü mütəxəssis ilk oyunla müqayisədə heyətdə ciddi dəyişikliyin olmayacağını bildirib: “Bu dəfə evdə oynayırıq. Bu səbəbdən də aqressiv oynamalı, üstünlüyü rəqibə verməməliyik. Çünki “Elfsborq” hücum etməyi sevən komandadır. Onlar hücuma 6-7 oyunçu ilə keçirlər. Bu səbəbdən də bacardığımız qədər çalışmalıyıq ki, top bizim qapıdan daha aralıda olsun. Heyətdə ciddi dəyişikliklər gözlənilmir. Hətta ilk oyunla müqayisədə heç bir dəyişikliyin baş verməməsi də mümkündür”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31