9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Leroy Corc: "Heç kim "Qarabağ"ı "Zalsburq"dan zəif saymasın"

"Düzü, 4:0 hesabı ilə qalib gələcəyimizi gözləmirdik. Amma qələbəyə inanırdıq. Sevincimizin səbəbi mərhələni adlamağımızdır. Bunu bir, yaxud da dörd qolla etməyin fərqi yoxdur". Bu sözləri "Qarabağ" klubunun yarımmüdafiəçisi Leroy Corc Çempionlar Liqasının II təsnifat mərhələsinin "Valletta" ilə cavab oyunundan (4:0) sonra deyib.
 
"Qarabağ"ın dördüncü qolunun müəllifi olan hollandiyalı futbolçu inamlı qələbədə komandasının kollektiv oyununun əsas rol oynadığını bildirib:
 
"Əvvəldən oyuna nəzarəti ələ aldıq. İlk dəqiqələrdən rəqibə çətin anlar yaşatdıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Rəqibin iki futbolçusu qırmızı vərəqə aldı. Ancaq bu amil qalib gəlməyimizdə əsas rol oynamadı. Əslində Maltada keçirilən qarşılaşmada da “Valetta”dan üstün olduğumuzu göstərmişdik. Öz meydanımızda isə kollektiv oyunumuzun sayəsində əslində nəyə qadir olduğumuzu nümayiş etdirdik. Bu qələbədə hər bir futbolçumzun əməyi böyükdür".
 
C.Leroy Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Zalsburq" haqda da danışıb. O, növbəti rəqiblərinin daha güclü olacağını bildirməklə yanaşı "Qarabağ"ın da iddialı olduğunu söyləyib: "Hər kəsə məlumdur ki, "Zalsburq" daha güclü, təcrübəli komandadır. Təbii ki, getdikcə daha ciddi rəqiblərlə qarşılaşmalıyıq. Biz buna hazırıq. İlk oyun öz meydanımızda olacaq. Azarkeşlər önündə yaxşı nəticə qazanmağımız vacib şərtdir. Səfərə yaxşı nəticə ilə yollanmalyıq. Heç kim bizi "Zalsburq"dan zəif saymasın".

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31