9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Reynaldo Silva təhlükəli zədədən sonra anda qurtuldu

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin dünən keçirilən “Qarabağ” - “Valletta” oyununda Ağdam klubunun hücumçusu Reynaldo Silva ciddi zədə ala bilərmiş. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən xəbərə görə, matçın beşinci dəqiqəsindən etibarən, braziliyalı futbolçu əzələsində ağrılar hiss etməyə başlayıb. Birinci hissənin sonlarında ağrılar daha da artıb və Reynaldonun əzələsinin yırtılma təhlükəsi yaranıb. Bu səbəbdən fasilədə baş məşqçi Qurban Qurbanov braziliyalı oyunçunu əvəzləmək qərarı verib.

Qeyd edək ki, ikinci hissənin əvvəlində Reynaldonun yerinə meydana Vüqar Nadirov daxil olub.

“Qarabağ”ın mətbuat xidmətindən bildirilib ki, hazırda da Reynaldonun ayağında ağrılar var. Bununla belə, həkimlər iyunun 30-da “Zalsburq”a qarşı keçiriləcək ÇL-in üçüncü təsnifat mərhələsininin ilk görüşünə qədər təcrübəli futbolçunun zədəsini sağaltmağa çalışacacaqlar.

Xatırladaq ki, dünən “Valletta”ya 4:0 hesabı ilə qalib gələn “Qarabağ”ın ilk qolunu 15-ci dəqiqədə Reynaldo vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31