2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Bəzi futbolçuları yerinə olsam, gecə intihar edərdim”

“Futbolçularıma mənə etdikləri “böyük hədiyyə”yə görə “minnətdaram”. Bu gün mənim 56 yaşım tamam olur. Bunu yadımda saxlayacam. “Sumqayıt” daha yaxşı oynadı. Layiqli qələbə qazandı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”la oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, mövsümü titulla başa vurmaq istədiklərini bildirib: “Rəqib komandanın gənc futbolçuları bizdən daha istəkli oynadılar. Əgər “Neftçi”də qalası olsam kubokun cavab oyunundan sonra yeni komanda yığacam. Köhnələrlə vidalaşmağa çalışacağam. Su bir yerdə çox qalanda iylənər. Heyətə “yeni qan” lazımdır. Kubokda inamlı oynayıb, kuboku qələbə qazanmaq lazımdır. Çempionatda “İnter” də bizdən 3 xal irəlidədir. Mövsümü titulsuz başa vurmaq istəmirəm. Sabahdan “Rəvan”la oyunun hazırlıqlarına başlayacağıq. Bu gün futbolçularımın rəqib qarşısında acizliyini gördüm. Heç kimi qınamıram, günah özümüzdədir. Artıq bu futbolçular “doyub”. Komandamı meydanda tanımadım, oynamaq istəmədilər. Bu gün autsayderə qarşı oynayırıq, sabah isə avrokuboklarda oynayacağıq. Bu komanda ilə çox uzağa getmək olmaz. Bu oyunu yüksək səviyyədə oynamaq lazım idi. “İnter” hal-hazırda yüksəlişdədir, səfərdə “Bakı”nı 4-0 hesabı ilə məğlub etdi. Autsayderə 1-3 hesabı ilə uduzmaq isə biabırçılıqdır. Bəzi futbolçuları yerinə olsam gecə intihar edərdim. Bugünkü nəticə “Neftçi”nin tarixi üçün qara ləkədir. Araz gərək azarkeşə cavab verməyəydi”.




Ad: RASIM;   E-mail: ---

21.04.2014 20:29

DUZDU BOYUKAXA MELLIM NEFTCINI DEYISMEK LAZIMDI,DENIZ SILVA,MITRESKI,RESAED SADIQOV,BAHADUR NESIBOV,CAVID IMAMVERDIYEV,
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31