5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Basketbol

"Oyunun penaltilərə qədər davam etməsini istəmərik”

"Finalda çox maraqlı oyun gözləyir. Portuqaliya güclü rəqibdir". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri İspaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Santi Denia deyib.

Bu gün Bakıda keçirilən Avropa çempionatının finalından öncə mətbuat konfransı təşkil edilib.

Jurnalistlərin suallarını cavablandıran ispan mütəxəssis sabah baş tutacaq həlledici görüşlə bağlı bunları söyləyib: “Bizim üçün finalın hansı stadionda keçiriləcəyi vacib deyil. Əsas odur ki, finalda oynayırıq. Stadionun seçilməsi UEFA tərəfindən təyin olunur. Bu, bizə aid olan məsələ deyil. Bu görüşdə xırda detallarla nəticə həll olunacaq. Yaxşı iş görən komanda çempion olacaq”.

İspaniya yığmasının çalışdırıcısı kuboku 80 dəqiqə ərzində qazanmaq istədiklərini vurğulayıb: “Oyunun penaltilərə qədər davam etməsini istəmərik. Penaltini nə qədər məşq etsən də, oyunda atmosfer başqa cür olur, təzyiq hiss edirsən”.

Denia rəqibin səhvlərindən yararlanmağa çalışacaqlarını qeyd edib: “Rəqib səhvlərindən yaralanmağa cəhd edəcəyik. İspaniya Avropa çempionatına ən sonuncu vəsiqə qazanan komandadır. Buna görə də turnirdən öncə bu haqda komanda ilə söhbət etmişdim və onlara daha çox çalışmalı olduqlarını söyləmişdim. Görürəm ki, onlar bundan nəticə çıxarıblar. Bu günə qədər həm oyun, həm də məşqlərdən zövq almışdıq". 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31