5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Basketbol

“Finaldakı rəqibimizin kimliyi bizim üçün önəmsizdir”

“Güclü komandamız var və bu səbəbdən də finala yüksəlmişik. Komanda şəklində uğur qazanmağımıza səbə hər mövqedə güclü futbolçularımızın olmasıdır”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri Portuqaliyanın U-17 yığmasının baş məşqçisi Eliu Souza deyib.

Bakıda keçirilən Avropa çempionatının yarımfinal mərhələsində Hollandiyanı 2:0 hesabı ilə məğlub edən Portuqaliya həlledici qarşılaşmaya vəsiqə əldə edib. Souza finala yüksəlmələrinin səbəbi barədə bunları söyləyib: “Gördüyümüz işlər bizi finala daşıdı. Komandamızın güclü olması bugünkü oyunda da özünü göstərdi”.

Portuqaliya yığmasının çalışdırıcısı finalda hansı komanda ilə qarşılaşmaq istədikləri barədə sualı belə cavablandırıb: “Finalda uduzan komanda ilə qarşılaşmaq istərdim (gülür). Təbii ki, bu bir zarafatdır. Finaldakı rəqibimizin kimliyi bizim üçün önəmsizdir. Komandamız çempion olmağa çox yaxındır. Federasiya bizə böyük dəstək verir. Onlar bizim üçün hər bir şəraiti yaradıblar”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31