5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Basketbol

AVRO-2016: “Portuqaliya gücünü göstərdi”

Hollandiyanın U-17 yığmasının baş məşqçisi Kees Van Vonderen Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız Portuqaliyaya 0:2 hesabı ilə uduzmaqla Bakıda final oynamaq şansını itirdi. Məğlubiyyətin səbəbini nədə görürsüz?

- Bizim üçün çətin oyun idi. Matçın ilk 10 dəqiqəsində yaxşı oynadıq. Amma sonradan Portuqaliya üstünlüyü ələ aldı. Rəqib gücünü göstərdi. Portuqaliya yığması çox güclü rəqibdir.

- Futbolçularınızın oyunundan razı qaldınız?

- Bəli, razıyam. Komandam əlindən gələni etdi. Amma təəssüf ki, məğlubiyyətdən qaçmaq mümkün olmadı.

- Sona yaxın bir epizodda futbolçularınız təkidlə hakimdən penalti tələb edirdilər. Həqiqətən hakim həmin epiozdda Hollandiya yığması qarşı haqsızlıq etdi?

- Bu barədə dəqiq söz deyə bilmərəm. Çünki oturduğum yerdən epizodu görmək çətin idi. Amma bu, elə də əhəmiyyət daşımırdı. Çünki Portuqaliya güclü idi.

- Finala yüksələn Portuqaliya yığması hələ də qapısında qol görməyib. Buna səbəb nədir: komandanın müdafiə xətti güclüdür, yoxsa rəqiblərin hücum xətti zəifdir?

- Portuqaliya yığması yarımfinala qədər o qədər də güclü olmayan komandalarla qarşılaşdı. Amma bunu deməklə onların əməyinə kölgə salmaq fikrində deyiləm. Portuqaliyanın müdafiə xətti güclüdür. Oyunçuların fərdi ustalıq səviyyəsi də yüksəkdir.

- Azərbaycanı hansı təəssüratlarla tərk edəcəksiniz?

- Təəssüratlarım çox yaxşıdır. Azərbaycan, paytaxt Bakı şəhəri çox gözəldir. Buradakı insanları, məşq meydançalarını, stadionları, komandalar üçün yaradılan şəraiti çox bəyəndim. Bir gün yenidən Bakıya qayıtmaq istərdim.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31