27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

“Hafiz Məmmədov bizə yeni impuls verdi”

“Hafiz Məmmədov “Lans”a sahib olmasından sonra komandamızda irəliləyiş hiss olunur. Onun gəlişi futbolçularımıza yeni impuls verib. Amma bu, bizi arxayın salmamalıdır. Hazırda “Lans”ın üzvləri hədəfə yetişmək üçün həmrəy olmalıdır”. Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Lans”ın futbolçusu Ələddin Yahia bildirib.
 
2008-ci ildən “Lans”ın şərəfini qoruyan Ə.Yahia komandasının yüksək liqaya çıxmaq uğrunda mübarizə apardığını söyləyib. O, bunun çətin olacağını desə də, istəklərinə nail olacaqlarına inandığını ifadə edib: “Biz ən azı “Lans”ın azarkeşlərinə görə bunu etməliyik. Birinci liqaya vəsiqə qazanmasaq, azarkeşlərimizə haqsızlıq etmiş olarıq”. 
 
Təcrübəli futbolçu klubun sahibi Hafiz Məmmədov haqda danışarkən deyib: “O, futbolu sevən insandır, bura təsadüfən gəlməyib. O, bizim kluba investisiya yatırır.  Hafiz Məmmədovun gəlişindən sonra komandamız düzəlir. Mən inanıram ki, bu ilin may ayında “Lans” birinci liqaya yüksəlməsini qeyd edəcək”.     
 
Xatırladaq ki, hazırda Fransa çempionatının ikinci liqasında yarışan “Lans” 18 oyundan 32 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. İkinci liqanın əsasnaməsinə görə, yekunda ilk üç yeri tutan komanda birinci liqaya vəsiqə qazanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30