1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Xarici futbol

"Benfika" "Qalatasaray"dan futbolçu transfer etdi

"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu karyerasını Portuqaliyada davam etdirəcək.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Benfika" türk vingeri transfer edib.

Kerem Lissabon təmsilçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Benfika" 25 yaşlı futbolçu üçün istanbul klubuna 12 milyon avro ödəyib.

"Qalatasaray" Kerem Aktürkoğlunu 2020-ci ilin sentyabr ayında "24 Erzincanspor"dan transfer etmişdi. Türkiyə millisinin üzvü "sarı-qırmızılar"ın heyətində keçirdiyi 179 rəsmi matçda 46 qol və 42 məhsuldar ötürmə ilə yadda qalıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30