8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Prosineçki “Qarabağ”ın futbolçularının baş məşqçisi oldu

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Monteneqro yığmasına rəhbərlik edəcək.

Futbolxeber.az-ın Monteneqro Futbol Federasiyasının saytına istinadən verdiyi məlumata görə, 55 yaşlı mütəxəssislə birillik müqavilə imzalanacaq.

Xorvatiyalı çalışdırıcı fevralın 4-də sözügedən ölkəyə yollanaraq sözləşməyə qol çəkəcək. Onun yeni komandası ilə debütü Belarusla yoldaşlıq matçına təsadüf edəcək. Qarşılaşma martın 21-də Antalyada keçiriləcək.

Qeyd edək ki, hazırda “Qarabağ”da çıxış edən Marko Veşoviç və Marko Yankoviç də Monteneqro milli komandasının üzvləridir.

Əlavə edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31