9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Gənc boksçular arasında Azərbaycan birinciliyinə bu gün start veriləcək

Bu gün gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək.
 
Futbolxeber.az saytının Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
 
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandadan 227 oğlan boksçu qatılacaq. Yarışın açılış mərasimi saat 13:30-da, döyüşlər isə saat 14:00-da başlayacaq. Qaliblərin adına noyabrın 6-da aydınlıq gələcək.
 
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
 
Qeyd edək ki, birinciliyin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Özbəkistanlı Aleksandr Hamidov və qırğızıstanlı Jamila Borkoyeva münsif funksiyasını yerinə yetirəcəklər.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31