9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Benzema Fransanın daxili işlər nazirini məhkəməyə verə bilər

Kərim Benzema Fransanın daxili işlər naziri Jerald Darmaneni idmançını “Müsəlman qardaşları” təşkilatı ilə əlaqədə ittiham etdiyinə görə məhkəməyə verə bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Le Parisien” qəzeti yazıb.

“Bu yalandır, Kərim Benzemanın heç vaxt bu təşkilatla zərrə qədər də əlaqəsi olmayıb. Biz, məsələn, hökumətimiz üçün çox dəyərli olan informasiyanın manipulyasiyası haqqında qanunu və böhtan və ya hətta ictimai təhqir qanunu rəhbər tutaraq, bu naziri məhkəməyə vermək imkanını nəzərdən keçiririk. Çünki onun bəhs etdiyi “Müsəlman qardaşları” ilə mövcud olmayan bu əlaqə mənim müvəkkilimi açıq-aşkar nüfuzdan salır. Ölkəni idarə edənlərin məqsədəuyğunluq naminə hər şeyi etməyə icazə verilməsini hesab etməsi qəbuledilməzdir”, - fransalı hücumçunun vəkili Hyuq Vijye diqqətə çatdırıb.

Xatırladaq ki, ötən gün Fransanın daxili işlər naziri Jerald Darmanen “CNEWS” telekanalına müsahibəsində Benzemanın Qəzza zolağının sakinlərinə dəstək postuna reaksiya verərək, idmançının, “hamının bildiyi kimi, Müsəlman Qardaşları ilə əlaqələri olduğunu” söyləyib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31