8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Azərbaycanla oyun ərəfəsində Avstriya millisində daha bir itki

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun ərəfəsində Avstriya yığmasının daha bir futbolçusu zədələnib.

Futbolxeber.az saytının məlumatına görə, müdafiəçi Maksimilian Vöber sıradan çıxıb.

25 yaşlı oyunçu Almaniyanın “Borussiya” (Münhenqladbax) klubunun heyətində xəsarət alıb. Topuğunda zədə aşkarlanan Vöberin millinin heyətindən çıxarılıb-çıxarılmayacağına tibbi müayinədən sonra aydınlıq gələcək.

Oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək avstriyalılar üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaqlar.

Qeyd edək ki, Avstriya yığması zədə ucbatından Marko Arnautoviç, Karim Onisivo və Fillipp Muenenin xidmətindən məhrum olacaq. David Alaba, Marsel Sabitzer, Mixael Qreqoriç və Stefan Poşun da bu qarşılaşmada iştirakları sual altındadır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31