9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Millimizlə oyunda “Reyncers”in yarımmüdafiəçisi üçün debüt şansı

Şotlandiyanın “Reyncers” klubunun futbolçusu Nikolas Raskin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyunda Belçika yığmasının heyətində debüt edə bilər.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Domeniko Tedesko 22 yaşlı yarımmüdafiəçiyə qarşıdakı matçlar üçün dəvət göndərməyi planlaşdırır.

Mütəxəssisi buna vadar edən əsas səbəb orta sahə ilə bağlı yaranan problemdir. Məsələ burasındadır ki, aparıcı yarımmüdafiəçi Kevin De Bruyne zədədən əziyyət çəkir. Həmçinin Yuri Tilemans, Leander Dendonker, Çarlz De Keteler kimi oyunçular formadan uzaqdırlar.

Raskinin “Reyncers”in heyətində Çempionlar Liqasının təsnifat mərhələlərindəki çıxışı Tedeskonu məmnun edir.

Qeyd edək ki, F qrupu çərçivəsində sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika yığması bundan üç gün sonra Estoniyanı qəbul edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31